AZ

Zəngəzur dəhlizində gömrük: detallar müzakirə edilir

Ermənistan Gömrük Xidməti Zəngəzur dəhlizinin (Tramp marşrutu) Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsində fəaliyyət göstərəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan bildirib.

Hakopyan parlamentdə çıxışı zamanı qeyd edib ki, dəhlizdə gömrük nəzarəti həyata keçiriləcək, lakin detallarla bağlı müzakirələr hələ davam edir:

“Təsdiqləyirəm ki, Gömrük Xidməti fəaliyyət göstərəcək. Detallar hələ müzakirə olunur. Amma ümumi gömrük siyasətimiz kompleks xarakter daşıyır, bütün sərhədlərimizdə ticarətin sadələşdirilməsi üçün islahatlar aparırıq”.

Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sülh razılaşmasının əsas elementlərindən biridir və regionda ticarət, tranzit və təhlükəsizlik əməkdaşlığını gücləndirməyi hədəfləyir./modern.az

Seçilən
27
1
turkustan.az

2Mənbələr