AZ

"Politico": Aİ Trampı inandırıb ki...

Aİ liderləri ABŞ prezidenti Donald Trampı inandırıblar ki, Rusiya Ukrayna münaqişəsinə son qoymaqda maraqlı deyil və onu danışıqlar masasına oturmağa məcbur etmək lazımdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Rusiyaya ən effektiv şəkildə necə təsir etmək barədə ABŞ-la “qızğın müzakirələr” gözlənilir.

Bu həftə Donald Tramp Moskvaya təzyiqi artırmaq üçün Avropanı Hindistan və Çindən gələn mallara rüsumları 100%-ə qaldırmağa çağırıb. Həmçinin bildirilib ki, ABŞ administrasiyası G7 ölkələrinin Hindistan və Çin mallarına rüsumları artırmasını istəyir.

Seçilən
13
4
ikisahil.az

9Mənbələr