AZ

“Tramp marşrutu”nda Ermənistan gömrüyü fəaliyyət göstərəcək Akopyan

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan gömrüyü “Tramp marşrutu” üzərində fəaliyyət göstərəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan ölkə parlamentində məlumat verib.

"Mən təsdiq edirəm ki, gömrük xidməti orada fəaliyyət göstərəcək. Təfərrüatlara gəlincə, onlar hələ də müzakirə olunur", - deyə Akopyan qeyd edib. Onun sözlərinə görə, Komitənin sərhəd nəzarəti ilə bağlı gömrük siyasəti vahidləşdirilir.

Ermənistan hakimiyyəti bütün keçid məntəqələrində islahatlar yolu ilə ticarəti sadələşdirməyə çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər Ermənistan sərhədçilərinin Sünikdən keçəcək azərbaycanlıları yoxlayıb-yoxlayamayacağı sualına birbaşa cavab verməkdən yayınıb. Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri avqustun 8-də Vaşinqtonda birgə bəyannamə imzalayıblar və bu, ABŞ prezidenti Donald Trampın da şahid qismində imzası ilə təsdiqlənib.

Bəyannaməyə əsasən, Ermənistan Birləşmiş Ştatlara 99 il müddətinə Beynəlxalq Sülh və Rifah üçün “Tramp marşrutu” (TRIPP) - Sünik bölgəsindən keçməklə Naxçıvan və Azərbaycan arasında yolun inkişafı üçün müstəsna hüquqlar verəcək.

Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar.

Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri gələcək sülh sazişinin mətnini dərc ediblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
bizimyol.info

1Mənbələr