AZ

Pakistan ordusu ilə yaraqlılar arasında toqquşma - 7 əsgər öldü

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində silahlılara qarşı keçirilən əməliyyat zamanı 7 əsgər ölüb, 13-ü isə yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Silahlılar əməliyyat çərçivəsində yaradılan təhlükəsizlik karvanına atəş açıb.

Qarşıdurmada bir əsgərin də itkin düşdüyü bildirilib. Həmçinin, Pakistan ordusu Xeyber-Paxtunxva əyalətinin Mohmand, Şimali Vəziristan və Bannu rayonlarında keçirilən əməliyyatlarda Pakistan Talibanına (TTP) bağlı 19 yaraqlının məhv edildiyini açıqlayıb.

Son dövrlərdə Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlı hücumlar intensivləşib. Həmin ərazilərdəki silahlı qruplar puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edərək təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar həyata keçirirlər.

Seçilən
22
manset.az

1Mənbələr