AZ

Brent 67 dollar/barel ətrafında satılır

Finss.az xəbər verir ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və ABŞ-ın Rusiya neftinin alıcılarına təzyiqinin artacağı gözləntiləri fonunda neft qiymətləri hələ də təxminən 1% bahalaşıb.

Bakı vaxtı ilə saat 12:50-də Londonun ICE Futures birjasında Brent markalı noyabr fyuçersləri 0,56 dollar (0,84%) bahalaşaraq 66,95 dollar/barelə bərabər olub.

Bu vaxta kimi NYMEX birjasında WTI markalı neftin oktyabr fyuçersləri 0,54 dollar (0,86%) bahalaşaraq bir barelə görə 63,17 dollar olub.

Seçilən
36
4
fins.az

10Mənbələr