Yazını böyüt
Yazını kiçilt
Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu “Bakı Su Həftəsi” tədbirində iştirak edib.
Hafta.az-ın yazdığına görə, səfir Kımqu sərgi çərçivəsində nümayiş olunan şirkət stendləri ilə tanış olub.
Daha sonra koreyalı diplomat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə görüşərək qurumun fəaliyyəti barədə məlumat alıb, eləcə də KOICA ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib.