AZ

Qubada Birinci Qarabağ müharibəsinin itkin şəhidi ilə vida mərasimi keçirilib

Quba rayonunun Nütəh kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyevlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Nütəh kənd qəbiristanlığında dəfn olunacaq.

Seçilən
24
9
bakivaxti.az

10Mənbələr