“Mançester Yunayted”in qapıçısı Andre Onananın “Trabzonspor”a keçidi rəsmiləşib. 


Rekord.az xəbər verir ki, kamerunlu qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək.


Sözləşmənin müddəti bir illikdir. 


Onananın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına kimidir. 


29 yaşlı qolkiper İngiltərə klubundan əvvəl “Ayaks” və “İnter”in də formasını geyib.