AZ

“Son 10 ildir həyatımda heç bir qadın olmayıb…”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Hollivudun yaramaz uşağı” kimi tanınan aktyor Çarli Şin son günlərdə həyatından bəhs edən sənədli film və yazdığı xatirə kitabı ilə gündəmdədir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Two and a half men” serialı ilə şöhrət zirvəsinə çatan Şin, illər boyu narkotik asılılığı, qalmaqallı evlilikləri və sərt həyat tərzi ilə Hollivudun ən çox müzakirə edilən simalarından olub.

Bütün bunları “Şinin kitabı” adlı kitabında qeyd edən aktyor “Ölü doğdum” deyərək göbək ciyəsinin boğazına dolanmış halda dünyaya gəldiyini, sonra həyata qaytarıldığını yazıb. O, 15 yaşında atasının kredit kartı ilə Las-Veqasa getdiyini və asılılıqlar səbəbindən dəfələrlə ölümün astanasında olduğunu etiraf edib. Hətta buna görə 7 dəfə reabilitasiya kursu keçdiyini də bildirib.

Həmçinin Şin, 2011-ci ildə İİV pozitivdən (İnsan İmmunçatışmazlığı Virusunun) əziyyət çəkdiyini öyrəndiyini açıqlayıb.

Keçən həftə 60 yaşını qeyd edən Çarli Şin 8 ildir nə içki, nə də narkotik istifadə etdiyini də açıqlayıb.

Davamlı olaraq adı qalmaqallarda çəkilən aktyor hətta 2011-ci ildə çəkildiyi serialdan da qovulmuşdu.

Çoxsaylı etiraflar edən aktyor son 10 ildir həyatında heç bir qadının olmadığını deyib. Belə ki, bir çox qadınlarla münasibət yaşayan aktyor 3 dəfə evli olub. Çarli Şin 1995-ci ildə Donna Pil, 2002-2006-cı illərdə Deniz Riçards və 2008-2011-ci illərdə Bruk Myullerlə evlilik həyatı yaşayıb. Onun üç evlilikdən 2 qızı və əkiz oğulları dünyaya gəlib. Məktəb illərindən olan eks-sevgilisi Paula Profitdən isə böyük qızı Kassandra var.

Aktyor vaxtilə böyük qalmaqalla ayrıldığı iki qızının anası Deniz Riçardsla indi yaxın dostdur. Hətta Riçards sənədli filminin qalasında ona dəstək olub.

Çarli Şin xatirə kitabında başına gələn hər şeyə layiq olduğunu da etiraf edib.

Qeyd edək ki, Çarli Şinin atası Martin Şin və qardaşı Emilio Esteves də məşhur aktyordurlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
qafqazinfo.az

1Mənbələr