AZ

Bank kartlarından oğurluq edənlər saxlanıldı

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb. Bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

N.Adilqızı
XQ

Seçilən
0
24
xalqqazeti.az

10Mənbələr