AZ

NASA-nın "Titan missiyası" - Maliyyə dörd dəfə artdı

NASA "Titan missiyası" üçün maliyyəni dörd dəfə artırıb.

Publika.az xəbər verir ki, "ArsTechnica" bu barədə Baş Müfəttiş İdarəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ilkin olaraq 2019-cu ildə "Dragonfly proqramı" (Dragonfly - böyük gözləri və bir-birindən müstəqil hərəkət edə bilən dörd parlaq qanadı olan uçan həşərat növü) üçün planlaşdırılan ilkin 850 milyon dollar əvəzinə, onun planlaşdırılan maliyyəsi indi 3,35 milyard dollara qədər artıb və işə salınma tarixi 2026-cı ildən 2028-ci ilədək təxirə salınıb. Hesabata görə, missiyanın gecikməsinin səbəbi, COVID19-un ilk illərində kifayət qədər maliyyələşmənin olmamasıdır.

Qeyd edək ki, 2024-cü ilin noyabrında NASA Saturnun peyki üçün "Dragonfly missiyası"nı həyata keçirmək üçün "SpaceX"in "Falcon Heavy" raketini seçib. Həmin ilin aprelində NASA-nın "Titana" pilotsuz helikopterinin də daxil olduğu "Dragonfly missiyası"nın göndərilməsinə rəsmən razılıq verdiyi bildirilir.

Seçilən
15
publika.az

1Mənbələr