AZ

Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!

Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində məşhur teleaparıcı Vladimir Solovyova qarşı hazırlanan sui-qəsd planı üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Məlumata görə, saxlanılan şəxs 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət edib. O, Solovyovun səyahət marşrutlarını izləmək üçün dəfələrlə Moskvaya yollanıb.

İstintaq iddia edir ki, şübhəli Ulyanovska döndükdən sonra da hərbi-sənaye kompleksi obyektləri barədə məlumat toplamağa çalışıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
42
xezernews.az

1Mənbələr