AZ

İlham Yadullayev: Qol imkanlarından istifadə edə bilmədik

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Mövsümün ilk oyunları ağır olur. Oyuna yaxşı hazırlaşıb, rəqibi təhlil etmişdik. Bilirdik döyüşkən, aqressiv komandadır. Məğlubiyyətə baxmayaraq, matç bizim üstünlüyümüz şəraitində keçdi".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında I Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

49 yaşlı mütəxəssis komandasının mövsümün ilk oyununda "Şahdağ Qusar"a məğlub olduğu oyun haqda fikirlərini bölüşüb: "Birinci hissədə qol imkanlarından istifadə edə bilmədik. İkinci yarı başlayan kimi məyus olduq və zamanda bərabərik qolunu vura bildik. Son dəqiqələrdə rəqib bizi əks-hücumda tutdu, qol vuraraq qalib gəldi. Çalışırdıq dominant futbol oynayaq. Belə olduğu halda təbii ki, əks-hücumlarda qapımızda qollar görəcəyik. Komandanın oyunundan və futbolçuların performansından razıyam. İstədiyimiz kimi, topa nəzarət bizdə idi. Əsasən hücumlarımızı mərkəzdən və ya cinahlardan qururduq. Sadəcə, olaraq qol epizodlarını dəyərləndirə bilməməyimiz üzücüdür. Yeni transferlərin oyunu da məni razı saldı. Çempionatın nə dərəcədə gərgin olacağını gedişat göstərəcək. İnanıram maraqlı mövsüm olacaq. Hər şey idman prinsiplərinə uyğun olacaq. Bütün komandalara uğurlar arzu edirəm".

Qeyd edək ki, MOİK - "Şahdağ Qusar" matçı meydam sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
icma.az

3Mənbələr