AZ

“Fənərbağça”dan qovulan Mourinyoya gözlənilməz ŞOK

Joze Mourinyonun “Fənərbağça”dan qalmaqallı şəkildə ayrılması onun İngiltərə Premyer Liqasına qayıtmaq planlarını çətinləşdirib.

Məlumata görə, adı “Vest Hem”lə hallanan portuqaliyalı mütəxəssis barədə klubun sabiq baş məşqçisi Sam Allardyce açıqlama verib: *”Potter getsə belə, Mourinyonun gətirilməsi gündəmdə deyil”*, – deyə o bildirib.

İngiltərə mətbuatı da Mourinyonun “Fənərbağça”dakı dönəmini uğursuz adlandıraraq, onun artıq “elit məşqçilər” sırasında göstərilmədiyini vurğulayıb.

Qeyd edək ki, böyük gözləntilərlə İstanbul klubuna gələn Mourinyo həm nəticələr, həm də qalmaqallı açıqlamaları ilə gündəmdə olmuş, sonda isə komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Hazırda isə təcrübəli mütəxəssis Premyer Liqaya qayıtmaq ümidini qorusa da, bu istiqamətdə vəziyyət onun üçün heç də asan görünmür./Milli.az/

Seçilən
47
2
tribunainfo.az

3Mənbələr