AZ

Yaponiya XİN vətəndaşlara xəbərdarlıq edib

Yaponiya Xarici İşlər Nazirliyi 2022-ci ildə Rusiyaya səyahətin təhlükələri ilə bağlı verilən xəbərdarlığın ifadəsini yumşaldıb. Dövlət bütün səyahətlərdən çəkinmək əvəzinə, Yaponiya vətəndaşlarına yalnız "qaçılmaz zərurət hallarında" ölkəyə getməyi tövsiyə edir.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bu, biznes, təhsil, elmi fəaliyyətlər, habelə mədəniyyət və incəsənət mübadiləsi üçün səyahətlərə aiddir.

Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında izah edib ki, Rusiyada yalnız səfirlik və ya konsulluqla daimi əlaqədə olmaq olar. Rusiya Federasiyasında vəziyyət, rəsminin sözlərinə görə, "nisbətən stabil inkişaf edir".

Seçilən
24
ikisahil.az

1Mənbələr