AZ

Ermənistan Rusiyanın hərbi oyununda iştirak etmədi

Ermənistan “Zapad-2025” təlimlərində iştirakdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya və Belarus KTMT, ŞƏT və digər tərəfdaş ölkələrin hərbi birləşmələrini “Zapad-2025” adlı genişmiqyaslı təlimlərə dəvət ediblər.

Lakin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlamasında bildirib ki, rəsmi İrəvan bu hərbi manevrlərdə iştirak etməyəcək.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr