AZ

Azərbaycanda benzin istehsalı öncəki ildən aşağıdır

2025-ci ilin yanvar-avqust aylarında avtomobil benzini istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb və 946,4 min ton təşkil edib. 

Avtosfer.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bununla belə, istehsal həcmindəki azalma bir qədər bərpa edilib. İyula qədərki illik azalma 3.8% idi.

Eyni dövrdə dizel yanacağı istehsalı isə 4,1% artaraq 1 milyon 628,8 min ton həcmində qeydə alınıb.

Yanacaq ehtiyatlarına gəldikdə isə, 1 sentyabr 2025-ci il vəziyyətinə avtomobil benzini ehtiyatı 53,2 min ton, dizel yanacağı isə 158 min ton səviyyəsində olub.

Digər neft məhsulları sahəsində – ağ neft istehsalı 7,5% artaraq 463,1 min ton, maye qaz istehsalı isə 13,9% artaraq 150,9 min ton təşkil edib.

Seçilən
13
4
avtosfer.az

5Mənbələr