AZ

Keçmiş sevgilisinin şiddət iddialarına cavab verdi

Fitnesçi Hidayət Heydərov eks-sevgilisi Ş. Yunusovanın ittihamlarına cavab verib.

Musavat.com xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Hidayət iddia edib ki, eks-sevgilisi ona şər atır: 

“Hamısı şər böhtandır... Ürəyinizi buz kimi saxlayın.. Video-sübut şəklində paylaşım edəcəm, hər şeyi xanımın öz adından görəcəksiniz! Allah şər-böhtandan qorusun bizi”.

Qeyd edək ki, fitnesçinin keçmiş sevgilisi Qafqazinfo-ya müraciət edərək Hidayətin onun 550 min manat pulunu mənimsədiyini və onu dəfələrlə döydüyünü iddia edib. DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırma predmetidir.

Seçilən
37
2
musavat.com

3Mənbələr