Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik 17%-ə endirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bank ardıcıl üçüncü dəfə uçot dərəcəsini 18%-dən 17%-ə endirib.
Qeyd olunub ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın yavaşlamasının davamlılığından asılı olaraq qəbul ediləcək.