AZ

Qəbələdə şəhidlə vida mərasimi keçirilib

Qəbələdə

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Vəkil Möylan oğlu Qayıbovla Qəbələ rayonunun Qəmərvan kəndində vida mərasimi keçirilib.

Reyting.az
"Report"-a istinadla bildirir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

V. Qayıbov 1973-cu il avqustun 30-da anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Qəbələ rayonunun Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.
Seçilən
50
7
reyting.az

10Mənbələr