I Liqada mübarizə aparan “Səbail” növbəti transferini reallaşdırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı Kamran Quliyev bundan sonra “Səbail”in formasını geyinəcək.

Hücumçu ilə  "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kamran Quliyev ötən mövsüm “Sumqayıt”da forma geyinib.