AZ

Rusiya XİN: Ermənistan və Azərbaycan arasında davamlı barışığın tərəfdarıyıq

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında davamlı barışığın tərəfdarıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının normallaşmaya töhfəsini qiymətləndirmək çətindir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal köməyi ilə başlayıb.

Zaxarova xatırladıb ki, 2020-2022-ci illərdə Moskvanın birbaşa iştirakı ilə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əldə etmək mümkün olub:"Onlar sözün əsl mənasında “yerdə” axan qanı dayandırdılar və sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
7
apa.az

8Mənbələr