AZ

Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ulyanovsk vilayəti üzrə İdarəsi telejurnalist Vladimir Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
 
Bu barədə yerli KİV FTX-ya istinadən məlumat yayıb.
 
Bildirilib ki, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin 1989-cu il təvəllüdlü sakini 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Vladimir Rudolfiç Solovyova qarşı sui-qəsdin hazırlanmasında iştirak etməyi planlaşdırıb.
Saxlanılan şəxsi 20 ilə qədər həbs gözləyir. /APA/
 
Seçilən
31
11
moderator.az

10Mənbələr