AZ

Xarici ticarət dövriyyəsi real ifadədə 5,1 faiz azalıb

BAKI, 12 sentyabr. TELEQRAF

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artıb, real ifadədə 5,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, idxal real ifadədə 1,2 faiz artıb, ixrac isə 9,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Çexiya, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, İsveçrə, Portuqaliya, Avstraliya, İran, Ukrayna, Meksika, Cənubi Afrika Respublikası və Özbəkistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərndə Çinin payı 18 faiz,Rusiyanın 17,2 , Türkiyənin 10,1,ABŞ-nin 5,3, Birləşmiş Krallığın 4,9,Almaniyanın 3,8, Qazaxıstanın isə 3,4 faiz olub.

Seçilən
53
teleqraf.com

1Mənbələr