AZ

Yasamal dolaylarında qarşı yola çıxan “Mercedes” “Qazel”lə toqquşdu VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Şəmkir rayonu, Yasamal dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 11-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan  “Mercedes Sprinter” markalı minik vasitəsi 77-AA-485 dövlət nömrə nişanlı “QAZ-33021” markalı yük maşınıyla toqquşub. Qəzaya səbəb “Mercedes Sprinter” sürücüsünün əks istiqamətli yola çıxması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.  

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
avtosfer.az

1Mənbələr