AZ

İngiltərədə ötən ayın ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında avqust ayı üzrə ən yaxşı futbolçu açıqlanıb.

"Unikal" axəbər verir ki, bu mükafata “Everton”un yarımmüdafiəçisi Cek Qriliş layiq görülüb. Futbolçu 3 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafata, həmçinin Rikardo Kalafiori (“Arsenal”), Uqo Ekitike, Dominik Soboslay (hər ikisi “Liverpul”), Mark Qehi (“Kristal Pelas”), Erlinq Holann (“Mançester Siti”), Joau Pedru (“Çelsi”) və Antuan Semenyu (“Bornmut”) da namizəd olub.

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Cek Qriliş “Everton”da icarə əsasında çıxış edir.

Seçilən
44
3
unikal.az

10Mənbələr