AZ

"Bakı-İrəvan münasibətləri Putinin dəstəyi ilə normallaşıb" - Zaxarova

Rusiya Ermənistan və Azərbaycan arasında sabit sülhü dəstəkləyir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın münasibətlərin normallaşması prosesinə töhfəsini qiymətləndirmək çətindir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının hazırkı mərhələsi Rusiya və şəxsən prezident Vladimir Putinin fəal dəstəyi ilə başlayıb.

O xatırladıb ki, Moskvanın birbaşa iştirakı ilə 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əldə etmək mümkün olub: "Bu razılaşmalar sözün əsl mənasında qanı dayandırdı və sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdi".

Ağarza Elçinoğlu 

Seçilən
40
50
unikal.az

10Mənbələr