Rusiya kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqu davam etdirilməsinə ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Zəngəzur dəhlizindən danışarkən bildirib.
Onun sözlərinə görə, bu marşrutun praktikada necə işləyəcəyini anlamaq yalnız layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.
"Həmçinin bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir, Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur" - Rusiya XİN sözçüsü xatırladıb.
Zaxarova regionda kommunikasiyaların açılması ilə bağlı Moskvanın mövqeyini açıqlayıb:"Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqaz işlərində, o cümlədən kommunikasiyaların blokdan çıxarılmasında məsələsində regiondan kənar oyunçuların iştirakı ilk növbədə region ölkələrinin və bilavasitə qonşularının maraqlarına istiqamətlənməlidir".
"Cebheinfo.az"