AZ

Zaxarova Zəngəzur dəhlizindənDANIŞDI

Rusiya kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsinə ümid edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Zəngəzur dəhlizindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu marşrutun praktikada necə fəaliyyət göstərəcəyini anlamaq ancaq layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.

Zaxarova regionda kommunikasiyaların açılması ilə bağlı Moskvanın mövqeyini də açıqlayıb.

“Cənubi Qafqazın həyatında, o cümlədən kommunikasiyaların blokdan çıxarılması prosesində regiondan kənar oyunçuların iştirakı, ilk növbədə, region ölkələrinin və bilavasitə onların qonşularının maraqlarına istiqamətlənməlidir.

Həmçinin bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir. Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur”, - Rusiya XİN sözçüsü xatırladıb.

 

Seçilən
26
12
xezerxeber.az

10Mənbələr