AZ

Ukrayna limana hücum etdi neft yüklənməsi dayandı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Baltik dənizində yerləşən Rusiyanın ən böyük neft terminalı olan Primorsk limanına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Hücum nəticəsində limanda və nasos stansiyasında yanğın başlayıb, neftin yüklənməsi dayandırılıb.

Qeyd edək ki, Primorsk limanı Rusiya üçün mühüm strateji obyekt sayılır. Buradan il ərzində təxminən 60 milyon ton neft ixrac olunur ki, bu da Rusiyaya 15 milyard dollar gəlir gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
axar.az

4Mənbələr