AZ

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-saytına haker hücumu olub  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytı (qafqazislam.com) bir neçə gündür fəaliyyət göstərmir.

Musavat.com xəbər verir ki, əsasən inanclı şəxslərin namaz vaxtlarını öyrənmək üçün istifadə etdiyi saytın işləməməsi dindarlar arasında narahatlıq yaradıb. QMİ-dən Musavat.com-a verilən məlumata görə, sayt haker hücumuna məruz qalıb. Bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb.

Qurumdan bildirilib ki, yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən son məlumatlar və xəbərlər [https://caucasus-muslims.org/az](https://caucasus-muslims.org/az) saytında yerləşdirilir.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
0
4
musavat.com

6Mənbələr