AZ

Tramp administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar təklif edir

ABŞ “G7” ölkələrinə Rusiyanın neft alqı-satqısına görə Çin və Hindistana yüksək gömrük rüsumları tətbiq etməyi təklif edib...

ABŞ “G7” ölkələrini Rusiya neftinin alınmasına görə Çin və Hindistana yüksək gömrük rüsumları tətbiq etməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. 

Nəşr yazır ki, ABŞ bu addımla Moskvanı Ukrayna ilə sülh sazişinə getməyə məcbur etmək niyyətindədir.

"Prezident Trampın Sülh və Rifah Administrasiyası hazırdır”,  bildirən ABŞ hökuməti, bu həftənin əvvəlində Avropa İttifaqı (Aİ) müttəfiqlərinə müharibəyə son qoymaqda ciddi olduqlarını nümayiş etdirmək üçün bu təklifə qoşulmaq barədə çağırış etdiyini vurğulayıb.

ABŞ-nin Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, tətbiq ediləcək əhəmiyyətli tariflər müharibə bitdiyi gün ləğv ediləcək. Onun sözlərinə görə, bu təklifin G7 tərəfdaşları tərəfindən dəstəklənməsi vacibdir. Məlumata görə, bu gün “G7” ölkələrinin maliyyə nazirləri videokonfrans vasitəsilə ABŞ-ın bu təklifini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ-ın bu təklifi Rusiyaya qarşı mövcud sanksiyalara əlavə olaraq, Çin və Hindistanın Rusiyadan neft idxalını daha da çətinləşdirməyi hədəfləyir.

Poliqon.info

Seçilən
56
25
poliqon.info

10Mənbələr