AZ

Sadiq Şəfiyev yenidən "Kəpəz"də

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

İdman.biz xəbər verir ki, "Sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb.

"Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.

Qeyd edək ki, Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

İdman.biz

Seçilən
9
10
idman.biz

10Mənbələr