AZ

Bakıda yeni tullantı konteynerləri QURAŞDIRILACAQ

Paytaxtda mənzil-kommunal xidmətlərin keyfiyyətini artırmaq üçün tullantı konteynerlərinin alınması ilə bağlı tender elan olunub.

Demokrat.az xəbər verir ki,  satınalmanı "Bakı şəhər Əsaslı Tikinti və Təmir" MMC həyata keçirəcək.

Layihənin ümumi dəyəri 3 milyon 239 min manat təşkil edir. pizza mizza

Layihə çərçivəsində aşağıdakı avadanlıqların alınması nəzərdə tutulur:

1100 litrlik narıncı rəngli plastik tullantı konteyneri – 2 000 ədəd,

1100 litrlik konteynerlər üçün narıncı rəngli plastik qapaq – 1 500 ədəd,

1100 litrlik yaşıl rəngli plastik tullantı konteyneri – 4 000 ədəd,

1100 litrlik konteynerlər üçün yaşıl rəngli plastik qapaq – 4 500 ədəd,

60 litrlik qapaqlı, tutacaqlı və üzəri yazılı təkərli tullantı qabı – 3 000 ədəd.

Seçilən
27
3
demokrat.az

4Mənbələr