AZ

"Turan Tovuz"un hücumçusu "Kəpəz"də - Rəsmi

style='margin-bottom:10px;'>

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb.

"Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.

Qeyd edək ki, Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

Seçilən
10
10
teleqraf.com

10Mənbələr