AZ

Yazıçı Dmitri Bıkovun işi üzrə təfərrüatlar açıqlanıb

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi məlumat yayıb. İttihama əsasən, Bıkov Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərini atəşə tutması ilə bağlı saxta məlumatlar yaymaqda təqsirləndirilir. Prokuror bildirib ki, Bıkov Rusiyadan kənarda olduğu vaxt YouTube platformasında yayımlanan çıxışında guya raket hücumundan sonra baş vermiş itkilərlə bağlı yalan məlumatlar səsləndirib. Bundan əlavə, prokuror qeyd edib ki, Bıkov daha əvvəl iki dəfə “xarici agent” statusu ilə bağlı qanunvericiliyin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Konkret olaraq, o, 2024-cü ilin fevralında bu statusu qeyd etmədən iki material dərc edib. Sentyabrın 11-də Rusiya Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) Dmitri Bıkovu rəsmi olaraq “terrorçu və ekstremistlər” siyahısına əlavə edib.

 

Seçilən
18
Ajans.az

1Mənbələr