Demokrat.az Report-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində bildirib.
Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən, gölünün üzərindən körpü inşa ediləcək. Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə istirahət məkanına çevriləcək. Artıq gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün ətrafda minlik magistral xətt çəkilib.
"Lazımı səviyyədə təmizlənmiş çıxan sular paytaxtın içməli su tələbatının böyük hissəsini təmin edə bilər. Orta hesablamalara görə, Bakıya saniyədə 20 kubmetrədək su daxil olur ki, bunun da yalnız kiçik bir hissəsi içməli məqsədlə istifadə olunur, qalan hissəsi isə digər məqsədlər üçün sərf edilir".
R.Abbasov bildirib ki, suyun istifadəsində fərqləndirilmiş tariflərin tətbiqi vacibdir:
"Belə ki, su istehlakçıları istifadə etdikləri həcmə görə ödəniş etməli və buna görə məsuliyyətli olmalıdırlar. Bu, suyun səmərəli istifadəsinə marağı artırmaq üçün zəruridir".
10Mənbələr
-
news24.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21291889)
-
nocomment.azBu qəbiristanlığın köçürülməsi təklif olunur – SƏBƏB ( 21296341)
-
hurriyyet.azBu qəbiristanlığın köçürülməsi təklif olunur - SƏBƏB ( 21295735)
-
gender.azBu qəbiristanlığın köçürülməsi təklif olunur - SƏBƏB ( 21293782)
-
demokrat.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21287953)
-
publika.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21285751)
-
yenicag.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21285394)
-
konkret.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21285265)
-
far.azBülbülə gölünün ətrafındakı qəbiristanlığın köçürülməsi təklif olunur ( 21285109)
-
Ajans.azBu qəbiristanlığın köçürülməsi təklif olunur ( 21284881)