AZ

Rahid Əmirquliyev yaşıl meydana nə vaxt dönəcək? - Özü açıqladı

Ötən gün Azərbaycan 1-ci Liqasında "Ordu" ilə ilk turun matçına çıxan "Şahdağ Qusar"ın oynayan rəhbəri Rahid Əmirquliyev görüşü sona qədər ehtiyat oyunçular skamyasından izləyib. 

Veteran futbolçu 2:1 hesablı qələbə qazandıqları oyunda iştirak etməməsinin səbəbini Fanat.Az-a açıqlayıb:

"İki ay əvvəl əməliyyat olunmuşam. Hətta sonradan ikinci dəfə yarama müdaxilə olundu. Hazırda bərpa prosesi keçirəm. Yəqin hələ bir müddət də meydana çıxa bilməyəcəyəm. Həkimlər yaşıl meydana 2 ay sonra dönə biləcəyimi deyirlər. İnanıram ki, qışa qədər sıraya dönüb komandama kömək edə biləcəyəm. Çünki hələ oynamaq istəyirəm".

Qeyd edək ki, "Ordu" - "Şahdağ Qusar" qarşılaşmasının 50-ci dəqiqəsində hesabı asan qonaq komanda 5 dəqiqə sonra üstünlüyünü əldən versə də, dubl edən Ruslan Voronsovun 90+1-ci dəqiqəsində 3 xal gətirən qolun müəllifi olub.

Mirağa

Seçilən
14
1
fanat.az

2Mənbələr