
“Avropa Komissiyası (AK) sentyabrın 17-də 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı rəsmi təklif irəli sürəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Bildirilib ki, yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlamanın sentyabrın 17-də Brüssel tərəfindən veriləcəyi gözlənilir.
Agentlik qeyd edir ki, AK iki Mərkəzi Asiya ölkəsinin banklarını, həmçinin müstəqil Çin neft emalı zavodlarını sanksiya siyahılarına əlavə etmək imkanını nəzərdən keçirir.