AZ

Ekspert: "Vətəndaşlar özlərinə xaricdən telefon ala bilmir"

"Texniki avadanlıqların Azərbaycan bazarında bahalı olmasının bir neçə səbəbi var. İlk növbədə, gömrük rüsumları və vergi dərəcələri yüksəkdir. 18% əlavə dəyər vergisi və 15% gömrük rüsumu tətbiq olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

"İkincisi, birbaşa telefon gətirməyə vətəndaşlara müəyyən məhdudiyyətlər qoyulub. Əvvəllər insanlar özləri üçün telefon sifariş edə, ailə üzvləri üçün də iki telefon gətirə bilirdilər. İndi isə bu imkan məhdudlaşıb.

Bu vəziyyət satış şəbəkələrinin xeyrinədir. Vətəndaş özünə telefon ala bilməyəndə məcbur olur ki, onu satış şəbəkələrindən alsın. Rəqabətin zəifliyi isə qiymətlərin yüksək qalmasına səbəb olur".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
12
1
demokrat.az

2Mənbələr