Dörd gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir:
“Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, - deyə məlumatda bildirilib.