AZ

“Danimarka Ukraynaya 375 milyon avro yardım ayırır – vəsait silaha yox, islahatlara yönələcək”

Danimarka hökuməti Ukraynaya yeni dəstək proqramı çərçivəsində 375 milyon avro ayıracaq. Məqsəd maliyyənin hərbi ehtiyaclar üçün deyil, ölkədə demokratiya və institusional islahatların gücləndirilməsi, eləcə də Avropa İttifaqı ilə inteqrasiyanın təşviq olunmasıdır.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga Kiyevdə Danimarkanın xarici işlər naziri Lars Lyukke Rasmussen ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Yeni proqram, həmçinin Ukraynanın institusional və demokratik strukturlarının inkişafına töhfə verməyi hədəfləyir və ölkənin Avropa İttifaqı ilə yaxınlaşma prosesini dəstəkləyəcək.

Seçilən
9
editor.az

1Mənbələr