AZ

ABŞ Çin və Hindistana qarşı yeni ticarət sanksiyaları təklif edir

ABŞ Maliyyə Nazirliyi Avropa İttifaqı (Aİ) və “Böyük Yeddilik” (G7) ölkələrini Çin və Hindistana qarşı “əhəmiyyətli tariflər” tətbiq etməyə çağırıb.

Editor.az xəbər verir ki, məqsəd həmin ölkələri Ukraynadakı münaqişə başa çatana qədər Rusiya neftini almağı dayandırmağa məcbur etməkdir, xəbər verir Reuters.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib:

“Biz Aİ-dəki müttəfiqlərimizə açıq şəkildə demişik: əgər onlar həqiqətən münaqişəni sona çatdırmaq istəyirlərsə, bizə qoşulmalı və əhəmiyyətli tarifləri tətbiq etməlidirlər. Bu tariflər isə müharibə bitən gün ləğv olunacaq.”

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr