AZ

“AK Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək” – “Reuters”

“Avropa Komissiyası (AK) sentyabrın 17-də 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı rəsmi təklif irəli sürəcək”.

Bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlamanın sentyabrın 17-də Brüssel tərəfindən veriləcəyi gözlənilir.

Agentlik qeyd edir ki, AK iki Mərkəzi Asiya ölkəsinin banklarını, həmçinin müstəqil Çin neft emalı zavodlarını sanksiya siyahılarına əlavə etmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirmişdi ki, Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işi yekunlaşdırır. O, məhdudiyyətlərin Rusiya neftinin tədarükünə və bank sektoruna təsir edəcəyini açıqlayıb. \\Yeniavaz.com

Seçilən
5
1
hurriyyet.az

5Mənbələr