“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:


“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Yolumuza davam edəcəyik. Sərəncamımda olan futbolçuların hamısı keyfiyyətlidir. Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşənləri etməyə çalışdılar”.