AZ

"Komitə uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı?" - Sabir Rüstəmxanlı

"Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmamaq istəməməsi problemdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı deyib.

"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaqpulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - deyə deputat bildirib.

Anar Kəlbiyev

Seçilən
536
50
unikal.az

10Mənbələr