AZ

Birinci Liqa: “Səbail” və “Şəfa”dan uğurlu start

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Şəfa” doğma meydanda “Şimal”a, “Səbail” isə “Mingəçevir”ə 2 cavabsız qolla qalib gəlib.

İlk tura sentyabrın 13-də keçiriləcək “Baku Sportinq” – “Difai” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
1-ci tur

11 sentyabr

MOİK – “Şahdağ Qusar” 1:2
Qollar: Seyxan Fərəcov, 55 – Ruslan Voronsov, 50; 90+2.
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:30.

“Zaqatala” – “Cəbrayıl” 1:0
Qol: Mahmud Məmmədov, 22.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

12 sentyabr

“Şəfa” – “Şimal” 2:0
Qollar: Emin Zamanov, 23-pen. Elnur Cəfərov, 51.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:30.

“Səbail” – “Mingəçevir” 2:0
Qollar: Afonso Almeyda, 36. Emil Qasımov, 61.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 19:00.

13 sentyabr

“Baku Sportinq” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Sənan Atayev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Buzovna qəsəbə stadionu, 16:30.

error: Məzmun qorunur!
Seçilən
3
4
arena.az

10Mənbələr