AZ

Premyer Liqa: “Qarabağ” və “Zirə”dən hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü son çempion “Qarabağ”la yeni mövsümdə bu komandanın əsas rəqiblərindən biri olması gözlənilən “Zirə” arasında baş tutub.

“Azərsun Arena”da keçirilmiş oyunu Rəşad Əhmədov idarə edib. Oyunda hesabı “Zirə” açsa da, Ağdam təmsilçisi matçın sonlarında buraxılmış qolun əvəzini çıxmağı bacarıb.

Premyer Liqa
4-cü tur

12 sentyabr

“Qarabağ” – “Zirə” 1:1
Qollar: Kadi Borges, 81 – Ruan Renato, 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.

Qarabağ: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 3. Sami Mmae, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

error: Məzmun qorunur!
Seçilən
2
4
arena.az

10Mənbələr