AZ

Tramp Memfisə Milli Qvardiya göndərmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərinə cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiya qüvvələri göndərməyi planlaşdırır.

Trend-in məlumatına görə, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bunu deyən ilk insan olacağam: biz Memfisə gedirik. Memfis ciddi problemlə üzləşən növbəti şəhərdir və mer bundan razıdır. O, demokratdır və Tennessi ştatının qubernatoru da bütün çətinliklərə baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi, vəziyyəti düzəldəcəyik”, – deyə Tramp vurğulayıb.
Seçilən
30
4
sherg.az

5Mənbələr