AZ

Putin və Tramp ASEAN sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp, həmçinin Çin Dövlət Şurasının baş naziri Li Tsyan oktyabr ayında Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitinə qatılacaqlar.

Editor.az xəbər verir ki, bu barədə TASS agentliyi Malayziyanın Bernama xəbər agentliyinə istinadən məlumat yayıb.

Malayziyanın baş naziri Anvar İbrahim dünya liderlərinin iştirakını təsdiqləyib. Onun sözlərinə görə, sammitdə Braziliya prezidenti Lula da Silva və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa da iştirak edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr